SON XƏBƏR

Venesuelanın idarəçiliyi xanım Rodrigesə tapşırıldı

Yanvar 04
12:48 2026
Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigesi dövlət başçısı vəzifəsini müvəqqəti icra edən təyin edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə yerli "Venezolana de Television" telekanalında hakim Tania Damelio bildirib.

Onun sözlərinə görə, Venesuela Ali Məhkəməsi ölkənin icraçı vitse-prezidenti Delsi Rodrigesə Venesuela Konstitusiyasına və qanunlarına ciddi şəkildə uyğun olaraq dərhal respublika prezidentinin səlahiyyətlərini yerinə yetirməyi tapşırıb.

Hakim izah edib ki, bu qərar Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 2026-cı il yanvarın 3-də baş vermiş xarici hərbi təcavüz və Venesuelanın konstitusiya prezidenti Nikolas Maduronun oğurlanması ilə əlaqədar verilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook