Vens Britaniya XİN rəhbərini cərimələtdi - Qanunsuz balıq ovu nazirə baha başa gəldi

Avqust 14
11:33
2025
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ABŞ-nin vitse-prezidenti C. D. Venslə birlikdə özünə məxsus malikanənin həyətindəki göldə lisenziyasız balıq tutduğuna görə 2500 funt-sterlinq (təxminən 3394 ABŞ dolları) məbləğində cərimələnə bilər.
Qanunvericiliyinə görə, balıq ovu zamanı hər kəs – ərazinin sahibi olub-olmamasından və balıq tutub-tutmamasından asılı olmayaraq xüsusi lisenziyaya sahib olmalıdır. Məlumata görə, Lemmi həmin gün ümumiyyətlə balıq tuta bilməyib.
Hadisə Vensin Böyük Britaniyaya işgüzar tətil çərçivəsində səfəri zamanı baş verib. KİV nümayəndələri iki siyasətçinin balıq ovunu görüntüləyiblər.