Vergi ödəyicilərinin nəzərinə: İdxal ediləcək mallarla bağlı yeni qərar imzalandı
Dekabr 02
11:25
2025
İqtisadiyyat Nazirliyinin Kollegiyası "Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması"nın təsdiq edilməsi haqqında" 14 mart 2022-ci il tarixli qərarında dəyişiklik edib
Qlobal.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, vergi ödəyiciləri idxal ediləcək mallar barədə məlumat formasını nazirlik yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə dolduraraq vergi orqanına təqdim edəcək.
Bundan başqa, qərarın adı genişləndirilərək "Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması və təqdim edilmə qaydası" edilib.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.