SON XƏBƏR

“Vikipediya” təlimlərində fərqlənən könüllülər təltif olunublar

Mart 13
18:58 2023
Türk Ağsaqqalları Birliyi-TAİB Gənclər Təşkilatı 2022-ci ilin ikinci rübündən start verdikləri uzunmüddətli "Azərbaycanın türkçülük ideologiyasında gənclərin rolu: ideal yaxınlıq və mənəvi-əxlaqi prinsiplər” layihəsi çərçivəsində həyata keçirilən vikipediya təlimlərinin 2023-cü ilin birinci rüb təlimləri başa çatıb. Fəal iştirak edən gənclərə ənənəvi olaraq sertifikatlar təqdim olunub.

Bu barədə AZƏRTAC-a TAİB-dən məlumat verilib.

TAİB-in sədr müavini Eyvaz Hünbətov Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlu davamından danışaraq bildirib ki, bu gün gənclər fəallıqları ilə dövlətin etimadını qazanıblar: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da hər zaman çıxışlarında gənclərimizin fəaliyyətindən razılıqlarını bildirib. Onların öz potensiallarını ortaya qoya bilməsi və rifahı üçün hər cür şərait yaradıb, gənclərə diqqət və qayğı ilə yanaşıblar. Biz də dövlətin gündəmdə saxladığı prioritet məsələlərə önəm verərək vətəndaş cəmiyyəti olaraq, əhəmiyyətli tədbir, konfrans və layihələrlə dəstəyimizi verməyə çalışırıq. Gənclər öz fəaliyyəti ilə ağsaqqalların etimadını doğruldur, işləri və əməlləri ilə qürurlandırırlar. Gənclərin cəmiyyətdə passiv insanların maarifləndirilməsi, fəallaşması yönündəki bütün fəaliyyətini təqdir edir, uğurlar arzulayırıq”.

Təşkilatın sədr müavini Şərafət Şəfa, İdarə Heyətinin üzvləri Nüsrət Paşayev, Zaməddin Həmişəyev, "Türk dünyası ağsaqqalları” qəzetinin redaktoru Əli Qarayev və Gənclər Təşkilatının üzvləri dövlətin həyata keçirdikləri gənclər siyasətinin uğurlu inkişafından bəhs edərək TAİB Gənclər Təşkilatının bu siyasətin bir parçası olaraq hər zaman dövlətin onlara yaratdığı şəraitdən bəhrələnərək uğurla nəticələnən işlərə, layihələrə imza ataraq başqa gənclər təşkilatlarına nümunə olduqlarını bildiriblər.

Gənclər Təşkilatının sədri, ictimai fəal Sübhan Xıdırzadə 2022-ci ilin ikinci rübündən start verdikləri uzunmüddətli "Azərbaycanın türkçülük ideologiyasında gənclərin rolu: ideal yaxınlıq və mənəvi-əxlaqi prinsiplər” adlı layihə çərçivəsində gördükləri işlərin, həyata keçirdikləri tədbir və təlimlərdən bəhs edib. Uğurlarından danışaraq bildirib ki, fəaliyyətləri ilə nəinki Azərbaycandakı Gənclər Təşkilatlarının, eləcə də türkdilli ölkələrin Gənclər təşkilatlarının da diqqətini çəkə biliblər.
 
Hazırda bir çox daxili, eləcə də dörd türkdilli dövlətlərin gənclər təşkilatlarından əməkdaşlıq üçün müraciətlər gəlib.

Növbəti rüb üçün nəzərdə tutulan tədbir və təlimlərdən danışan sədr fəal gənclərə öz minnətdarlığını bildirərək qeyd edib ki, gənclərin üzvlərinin sayı artıq yüzü keçib.

Qeyd edək ki, TAİB və "Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə keçirilən vikipediya təlimlərində fəal iştirak edən gənclərə ənənəvi olaraq sertifikatlar təqdim olunub.

Bu rübdə də təlimlərdə fəal iştirak edən gənclər rəhbərlik tərəfindən sertifikatlarla təltif olunublar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook