SON XƏBƏR

Xameneyi: Trampa cümə günü cavab verəcəyik

Fevral 07
16:50 2017
İran İslam Respublikasının Ali Rəhbəri ayətullah Seyid Əli Xameneyi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cümə günü, 1979-cu il inqilabının ildönümündə cavab verəcəklərini bildirib.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, S.Ə.Xameneyi heç bir düşmənin İranı zəiflədə bilməyəcəyini bəyan edib:

"Tramp "Məndən qorxmalısınız" deyir. Xeyir! İran xalqı fevralın 10-da onun sözlərinə cavab verəcək və belə təhdidlərə qarşı dayandığını göstərəcək".

Qeyd edək ki, İranın həftəsonu ballistik raket sınaqlarına başlayacağı bildirilir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook