SON XƏBƏR

Xəritə mübahisəsi: “Zəngəzur, Göyçə, Dərələyəz... Azərbaycan torpaqlarıdır”

İyun 02
17:35 2023
"Sərhədlərin delimitasiyasını 1975-ci il xəritəsi əsasında aparmaq maraqlarımıza cavab verir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan baş naziri Nikol Paşinyanın Kişinyov görüşündən sonra İrəvan və Bakının 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq verdikləri barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

"Zəngəzurun, Göyçənin, Dərələyəzin, Qarakilsənin də xəritəsi ortaya qoyulsa lap yaxşı olardı. Könül istərdi ki, 1918-ci ildən 1936-cı ilə qədər olan xəritələr üzə çıxarılsın. Azərbaycan torpaqlarının kəsib, hissə-hissə Ermənistana pay-pürüş edilməsinin mənzərəsi aydınlaşdırılmalıdır. Azərbaycan Ermənistan ərazisinin 29,6 min kv.km-lik ərazisini tanıyıb. Onlar da Azərbaycanın 86,6 min kv.km-lik ərazisini tanıyıblar. Bu məsələdə köhnə xəritələrin nəzərə alınmasını ona görə istəyirəm ki, heç olmasa yadaşsız ermənilər qurduqları dövlətin bizim torpaqlar üzərində yaradıldığını bilsinlər. Elə etmək lazımdır ki, ermənilər Azərbaycan torpaqları üzərində dövlət qurduğunu etiraf etməyə məcbur olsunlar. Biz reallıqla barışmağa məcburuq. Amma heç olmasa sonrakı torpaq qopmaları və Qarabağın şəksiz-şübhəsiz Azərbaycana məxsusluğuna hər hansı bir barmaq uzadılacağına imkan verməyəcəyimizi də qeyd etməliyik”, deyə politoloq vurğulayıb. 

Qeyd edək ki, Kişinyov görüşündən dərhal sonra Ermənistan baş naziri Nikol Paşinyan rəsmi İrəvan və Bakının 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq verdiklərini bəyan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook