Azərbaycan nefti kəskin bahalaşdıAzərbaycan nefti bahalaşıb.
Qlobal.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 9,41 % artaraq 79,6 ABŞ dolları təşkil ed..
İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edirBakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilir.
Qlobal.az xəbər verir ..
Bu gün Od çərşənbəsidirBu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
APA xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Bu ç..
Millimiz Bakıda Şimali Makedoniyaya uduzduKişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa çıxıb.
Qlobal.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Bakı İdman Sarayında Şi..
İran ABŞ-nin Bəhreyn və İraqdakı bazalarına zərbələr endiribİran ABŞ-nin Bəhreyndəki hərbi bazalarına, həmçinin İraqın Bağdad Hava Limanı yaxınlığındakı obyektlərinə zərbələr endirib.
"Report" bu barədə xarici mediaya istinadən xəbər verir.
BB..
Xətai rayonu Sarayeva küçəsində qanunsuz obyektin açılışına hansı məmur icazə verdi?
Ötən illərdə Xətai rayonu Sarayeva küçəsində həmin yol üstündə olan kiçik parkda ağaclar kəsilib obyekt tikilirdi. Bununla bağlı mətbuatda bir sıra məlumatlar dərc olunmuşdur. Hətta video və foto görüntülərə yayılmışdır.
Həmin ərazidə ictimai qınaq olduğu üçün işlər dayandırıldı.
XALQ-a daxil olan məlumata görə Sarayeva küçəsində yenidən həmin ərazidə qanunsuz obyekt açılıb.
Xətai sakinləri bildiriblər ki, metronun "Əhmədli” stansiyasının yaxınlığında – Sarayevo küçəsində yaşıllıq ərazidə iaşə obyektinin açılışına kim icazə verib? Bu məsələyə etiraz etdiklərini bildirən şikayətçilər burada aparılan işlərin ağacların məhv olmasına, şəhər mühitinin pozulmasına və insanların piyada hərəkətinə ciddi maneə yaratdığını deyiblər.
Ötən il aparılan işlər dayandırıldı:
Amma ötən həftə yenidən Sarayeva küçəsində həmin ərazidə qanunsuz işlər aparılıraq obyekt fəaliyyət başladı. Həmin görüntüləri təqdim edirik:
Xalq bildirir ki, Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Xətai rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.