SON XƏBƏR

Xətai rayonunda “MÖCÜZƏ” yaradan məmur kimdir?

İyul 21
13:04 2025

Paytaxtda qanunsuz tikinti işləri  aparılmaqdadır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ciddi şəkildə qanunsuz tikintilərin qarşısını almağa cəhd etsədə yerli icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri tərəfindən”razılıqlara” bu işlər davam etdirilir.

Xalq– daxil olan məlumata görə  Xətai rayonu Cavanşir küçəsində inşa edilmiş obyekt hal-hazırda mansard artırması edərək qanunsuz inşa işləri aparılır.

Fotoda və video görüntələridə məlum olur ki, inşa edilmiş obyektin mansardı yoxdur. Lakin hansısa "möcüzə” əsasında artıq obyektin mansarı əmələ gəlib.


Belə olan halda sual yaranır ki,  hansı məmur bu qanunsuz tikintiyə icazə verib?

Qeyd etdiyimi fotoda həmin obyektin əvvəlki və yeni çəkilmiş fotosunu təqdim edirik.


İnanırıq ki,aidiyyatı qurumlar bu məsələyə aydınlıq gətirəcək.

Qeyd edə ki, Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Məsələ ilə bağlı  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Xətai rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook