SON XƏBƏR
  • Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud” hotelinin açılışında iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin ..
  • "Qazaxlı Alik"in oğluna hökm oxunduHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub. Qlobal.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dad..
  • Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək... Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka"..
  • Ağalar Vəliyev qiymətləri qiymətləri bahalaşdırır - Mənzil sahibləri təlaşdaSon illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir. FED.az xəbər verir ki, bahalaşma daşınmaz əmlak bazarının bütü..
  • Temperatur mənfi 3 dərəcəyə düşəcəkFevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havan..
  • Fuad Nağıyev özünə daha bir müşavir axtarırDövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulm..
  • Xankəndidə Zəfər parkının təməli qoyulduAzərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ..
  • Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Qlobal.az ..
  • Ceyhun Cəfərov azadlığa çıxdıKürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müə..
  • Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başladıBakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlam..

XİN 20 Yanvarla bağlı bəyanat yaydl

Yanvar 20
01:26 2025
Azərbaycanın Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Qlobal.az bəyanatı təqdim edir:

"35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Müasir tariximizin dərin kədər, eyni zamanda böyük qürur tarixi olan 20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizi dərin minnətdarlıqla yad edirik.

Ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə "Sumqayıt hadisələri” kimi qondarma təxribatların hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı.

Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq məqsədilə, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından və Ümummilli Liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu.

20 yanvar faciəsinin Azərbaycan xalqının milli müqavimətini süquta uğratmaq məqsədilə planlaşdırılıb icra olunmasına baxmayaraq, bu qanlı qətliam, xalqımızın müstəqillik, həmrəylik və milli azadlıq hərəkatının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, SSRİ-nin uzun müddətdir gecikdirilməyə çalışılan labüd süqutunun başlanğıcını qoydu.

Xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi.

Müstəqillik tariximizə dərin iz salan 20 yanvar faciəsinin 35-ci ildönümündə dövlətimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizi qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlarımıza cansağlığı arzu edirik!

Yaşasın Azərbaycan!"


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook