Xuntaçı general hər şeyi dandı: “Çevriliş əmri…”
İyul 19
14:31
2016
Türkiyədə hərbi çevrilişə cəhdin əsas rəhbəri hesab edilən Türkiyə Hərbi Hava Qüvvələrinin eks-komandanı general Akın Öztürkün istintaqa verdiyi ikinci ifadə mətbuatda yayılıb.
Axar.az xəbər verir ki, Öztürk ifadəsində ona qarşı irəli sürülən bütün iddiaları rədd edib. O, çevrilişə qatılmadığını, əksinə bunu önləməyə çalışdığını bildirib:
"Mən təcrübələrimə əsasən bu hərbi çevriliş təşəbbüsünün paralel quruluşun həyata keçirdiyini düşünürəm, ancaq bu işi Türkiyə Silahlı Qüvvələrinin tərkibində kimin təşkil etdiyini bilmirəm. Hərbi çevrilişə cəhd gücsüz bir Türkiyə istəyən xarici missiyaların işi ola bilər. Pensilvaniyadakı şəxsin əmr verib, bu işi həyata keçirə biləcək gücü yoxdur. Bu işdə paralel quruluş istifadə edilə bilər. General Xubilay Səlcuq və general Məhməd Dişlinin bu hərbi çevrilişi nədən həyata keçirmək istədiklərini geniş öyrənə bilmədim. Bunun hansı məqsədlə törədildiyini bilmirəm”.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, onun qarşısı alınıb. Hadisədən sonra ölkədə 100-dən çox general həbs olunub.