Yaponiya BMT TŞ-nin Şimali Koreyaya qarşı sanksiyaları genişləndirməsini yüksək qiymətləndirib
İyun 03
16:00
2017
Yaponiyanın Baş naziri Şinzo Abe BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Koreyaya qarşı sanksiyaları genişləndirən qətnaməsi ilə bağlı şərhini yayıb.
Sənəddə deyilir: "Yaponiya BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın ballistik raketlərin buraxılışı və digər fəaliyyəti ilə bağlı sanksiyaları genişləndirən, yekdilliklə qəbul edilən 2356 nömrəli qətnaməsini yüksək qiymətləndirir. Şimali Koreyanın beynəlxalq ictimaiyyətin dəfələrlə xəbərdarlığına baxmayaraq, təxribatları davam etdirməsi qətiyyən yolverilməzdir. Yaponiya Şimali Koreyanı 2356 nömrəli qətnaməni və digər sənədləri yerinə yetirməyə, nüvə sınağı və ballistik raket buraxılışı kimi növbəti təxribatlardan çəkinməyə çağırır”.
Baş nazir qeyd edib ki, Yaponiya ABŞ, Cənubi Koreya, Çin və Rusiya ilə sıx əməkdaşlıq edərək bu qətnamənin qəbuluna öz töhfəsini verib. (Azərtac)



