SON XƏBƏR

Yaponiya və İspaniya 1/8 finala yüksəldi

Dekabr 02
01:23 2022
Yaponiya və İspaniya yığmaları Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

Qaynarinfo-nun məlumatına görə, iki kollektiv E qrupunun son turunda üz-üzə gəlib. Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda Almaniya Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb.

Bu nəticələrdən sonra Yaponiya 6 xalla qrup lideri olub və pley-offa adlayıb. İspaniya 4 xalla ikinci pilləni tutaraq 1/8 finala çıxıb. Eyni xala malik Almaniya üçüncü olub. 2 xalı olan Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.

1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Xorvatiya və Mərakeş yığmaları 1/8 finala yüksəliblər.








Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook