SON XƏBƏR

Yaşam Beynəlxalq Məktəbi vergidən necə yayınır? - iddia

Sentyabr 22
16:55 2025
Yaşam Beynəlxalq Məktəbi qanunvericilikdəki boşluqlardan istifadə edərək vergidən yayınır.
 
AzFakt.com-a bu barədə verilən məlumatda bildirilir.
 
Məlumata görə Yaşam Beynəlxalq Məktəbində əksər işçilər əmək müqaviləsi ilə çalışmır.
 
"Yaşam Beynəlxalq Məktəbində şagirdlərin daşınmasını həyata keçirən avtobusların sürücüləri və uşaqların məktəbə gətirilib-aparılmasına nəzarət edən işçilərlə əmək müqaviləsi bağlanmayıb. Sürücü və nəzarətçilərin sayı Dövlət Vergi Xidmətindən gizlədilir. Bununla da büdcədən külli-miqdarda vəsait yayınıdırılır.".
 
Məlumatda qeyd edilir ki, yüksək məbləğdə ödəniş əsasında fəaliyyət göstərən Yaşam Beynəlxalq Məktəbində digər qüsurlar isə burada təhsil alan uşaların həyatlarının böyük risk altında olmasıdır.
 
"Məktəbdə uşaqların daşınmasını həyata keçirən abtobusların sürücülərinin əksəriyyəti qeyri-peşəkarlardır. Kənarda şifahi formada uşaq daşınmasına cəlb edilən mikro avtobusların sürücülərinin psixoloji durumları və sağlamlıqları ciddi sual altındadır. Məktəbin loqosu üzərində olan 2-3 avtobusu var. Digər avtobuslar kənardan gətirilir. Bu avtobusların sürücülərinin ümumi durumu, maşınların texniki vəziyyətlərinə nəzarət mexanizmi yoxdur.".
 
Qeyd edək ki, Yaşam Beynəlxalq Məktəbi Xırdalan şəhərində "AAAF Park" yaşayış Kompleksində fəaliyyət göstərir. Məktəbin əvvəlki adı Zirvə liseyi  olub.
 
 
Yaşam Beynəlxalq Məktəbinin hazırkı direktroru Samir Həsənovdur.
 
Yaşam Beynəlxalq Məktəbində 900-dən çox şagird təhsil alır. 

Məsələ ilə bağlı Yaşam Beynəlxalq Məktəbindən sorğumuza cavab verilmədi.

Qarşı tərəf mövqe nümayiş etdirə bilər. 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook