SON XƏBƏR

YPG ilə döyüşmək üçün minlərlə müxalif Türkiyə sərhədini keçdi

Fevral 18
19:36 2016
YPG ilə döyüşmək üçün minlərlə müxalif Türkiyə sərhədini keçdi Suriyada Əsəd rejiminə qarşı döyüşən müxalifləri verdiyi məlumata görə, PKK-nın Suriya qolu YPG ilə döyüşmək üçün 2000 nəfər Türkiyə-Suriya sərhədindən Suriya ərazisinə keçib.
 
Avropa.info xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə onlar Əzzəz şəhərində döyüşmək üçün silah və təchizatla təmin olunublar.
 
Türkiyənin Kilis şəhər Öncüpınar sərhəd-keçid məntəqəsinin Bab əl Salam qapısını nəzarətdə saxlayan "Şam cəbhəsi” müxalif qruplaşmasının lideri Əbu İssa adlı komandiri deyib ki, YPG ilə döyüşməyə gedən dəstənin minaatanlar, raketlər və tanklarla sərhədi keçməsinə icazə verilib. Suriya İnsan Haqları Monitorinq qrupu da yüzlərlə müxalifətçinin Əzzəzə doğru irəlilədiyini təsdiqləyib.
 
Qeyd edək ki, Əsəd ordusunun hücumları üzündən mühasirəyə düşən Aziz şəhərinin dünya ilə tək əlaqə vasitəsi Türkiyə sərhədidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook