Yunanıstanda Türkiyə səfirliyinə boya şüşələri ilə hücum etdilər
Fevral 06
01:19
2017
Türkiyənin Yunanıstandakı səfirliyi boya şüşələri ilə "atəşə tutulub”.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin milliyet.com saytı məlumat verib. Məlumata əsasən, əlində qırmızı və qara rənglərlə dolu butulka olan səkkiz nəfərdən ibarət qrup səfirlik binasına yaxınlaşaraq boya şüşələrini binanın divarına və kandarına atıblar.
Hadisə şahidlərinin sözlərinə görə, gənclərdən ibarət qrup DHKP-C terror təşkilatının şüarlarını səsləndirərək səfirlik binasından uzaqlaşıblar. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.