SON XƏBƏR

Zakir Həsənov Bayraqdarı təltif etdi

Mart 14
10:22 2025
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin "Baykar” şirkətinin baş direktoru Haluk Bayraqdarı qəbul edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda müdafiə naziri H.Bayraqdarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook