SON XƏBƏR

Zaur Mikayılov bu peşəkar kadrı özünə müavin gətirir - İDDİA

İyun 03
11:14 2023
Azərbaycan Prezidenti İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında imzaladığı fərmandan artıq iki ay ötür.
 
Dövlət başçısının fərmanına görə Agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddinin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə 5 ay vaxt verilib. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə yeni Agentlikdə rəhbər vəzifələrə gəlmək uğrunda bəzi şəxslər ciddi mübarizə aparırlar. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Meliorasiya və Su Təsərrüfatı ASC-də rəhbər vəzifələrdə, daha dəqiqi sədrin müavini postunu tutan məmurlar yeni formalaşan Agentlikdə öz postlarını qorumaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. 
 
Məlumata görə yeni formalaşacaq Agentlikdə 5 müavin vəzifəsi planlaşdırılır. Ancaq bu müavin vəzifələrinin hamısına yeni, reputasiyası təmiz, işgüzar, təşəbbüskar şəxslər gətiriləcəyi bildirilir.
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə Dövlət Su Ehtiyatları Agentliyinə birinci müavin vəzifəsinə Sumqayıt Melioservis İdarəsinin rəisi Orxan İmanlı gətiriləcək. 
 
Sumqayıt Melioservis İdarəsi Azərbaycanın müxtəlif regionlarında subartezian quyularının qazılması ilə məşğuldur. 
 
Bir zamanlar "ölü canlar" məskəninə çevrilən Sumqayıt Melioservis İdarəsinə Orxan İmanlı rəis təyin edildikdən sonra fəaliyyətini tam şəffaflaşdırmış, Meliorasiya və Su Təsərrüfatı ASC-də ən nümunəvi təşkilatlardan birinə çevrilmişdir. 
 
Qeyd edək ki, Prezidentin imzaladığı fərmana əsasən Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook