SON XƏBƏR

Zaxarova özünü biabır etdi: bin Laden hind müğənni çıxdı

Noyabr 04
11:03 2017
Rusiyalı jurnalistlər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Klinton haqqında iddialarını yalan çıxaracaq fakt aşkar ediblər.

Axar.az xəbər verir ki, oktyabrın 30-da Zaxarova "Rossiya 1” televiziyasında Hillari Klintonun dövlət katibi olduğu dönəmdə Usama bin Ladenin Ağ Evdə qəbul edildiyini bildirib. Zaxarova buna əsas sübut kimi bin Ladenlə Klintonun bir müddət öncə yayılmış fotosunu göstərib. XİN nümayəndəsi ABŞ-ın bununla qlobal terrorizmə sponsorluq etdiyini söyləyib.

Rusiyalı jurnalistlər isə Zaxarovanın yalan dediyini bildiriblər. Onların sözlərinə görə, Zaxarovanın iddia etdiyi foto əslində saxtadır. Belə ki, bu fotoda əslində Əl Qaidənin keçmiş lideri bin Laden yox, hindistanlı müğənni Şubxaşişem Mukherci dayanıb. Mukhercinin yerinə buraya sonradan bin Ladenin görüntüsü montaj edilib.
 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook