Zelenski müharibə zamanı həlak olan hərbçilərin sayını açıqlayıb

Fevral 17
09:39
2025
Ukrayna Silahlı Qüvvələrinin tammiqyaslı müharibə zamanı qeydə alınan itkiləri bir neçə onminlərlə, yaralılar isə bir neçə yüz mindir. Eyni zamanda, Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdə nə qədər dinc sakini öldürdüyünü bilmir.
"Biz itkilər qeydə almışıq: 46 min hərbçi ölüb. Onminlərlə hərbçi döyüşdə və ya əsirlikdə itkin düşüb. Bunu dəqiq bilmək mümkün deyil, çünki itkin düşənlər ölmüş və ya əsirlikdə ola bilər və bunlar onminlərlədir, bu doğrudur", - deyə Zelenski bildirib.