Zelenski rusiyalı əsgərlərə səslənib - "Yaşamaq istəyirsinizsə, qaçın"

Sentyabr 29
10:05
2022
"Cəbhədəki vəziyyət tam aydındır. Rusiya əsgərləri yaşamaq istəyirlərsə, döyüş meydanından qaçsalar yaxşıdır”.
"Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Zelenskinin sözlərinə görə, rusiyalılar "onsuz da çox şeydən məhrum olub”:
"Hansınızın neft buruqları var? Saraylarınız var? Üzüm bağlarınız var? Bəlkə, yaxtalarınız var? Yoxsa hansısa bank? Nə üçün mübarizə aparırsınız? Yalnız kreditiniz var, axşama yeməyə bir şey və indisə - səfərbərlik”.