Zelenski Ukrayna nümayəndə heyətinin tərkibini təsdiqləyib - SİYAHI

May 16
09:09
2025
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 16-na planlaşdırılan Türkiyədə Rusiya ilə danışıqlar prosesində iştirak etmək üçün nümayəndə heyətinin yaradılması barədə sərəncam imzalayıb.
"Report" xəbər verir ki, müvafiq sərəncam Prezidentin rəsmi saytında dərc olunub.
"Ukrayna nümayəndə heyəti Ukrayna beynəlxalq tərəfdaşları – Türkiyə Respublikası və Amerika Birləşmiş Ştatları nümayəndə heyətləri, həmçinin Rusiya Federasiyası nümayəndələri ilə 2025-ci il mayın 15-16-da İstanbulda ədalətli və davamlı sülhə nail olmaq üçün planlaşdırılan danışıqlar prosesində iştirak etmək üçün aşağıdakı tərkibdə formalaşdırılsın”, – sənəddə deyilir.