SON XƏBƏR

“Zeyd” restoranı Eldar Əzizovu yalançı çıxartdı: Bakı Şəhər İcra Hakimiyyətinin şousu – FOTOLAR

Avqust 13
13:55 2025

Nərimanov rayonu, Təbriz küçəsində yerləşən "Zeyd” restoranının piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt etməsi barədə bu ilin əvvəlində musavat.com saytında məlumat verilmişdi. Aadı çəkilən restoranın yerləşdiyi binanın sakinlər sakinlər qeyd edirdilər ki, restoranın səkini zəbt etməsi həm piyadaların hərəkətində çətinlik yaradır, həm də səs-küy bina sakinlərini narahat edir.

Bu müraciət dərc edildikdən bir neçə saat sonra Bakı Şəhər İcra Hakimiyyətindən saytımıza bildirildi ki, sakinlərin şikayətləri əsasında sözügedən ünvanda Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti və Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən səki zəbtinin qarşısı alınıb.

Həmçinin əraziyə yığılan konstruksiyaların daşındığını, ərazinin təmizləndiyini əks etdirən fotoları da icra hakimiyyəti paylaşmışdı.

KOMU.jpeg (77 KB)

KOMU 1.jpeg (108 KB)

Bəs sonra nə dəyişdi?

Sakinlər yenidən Musavat.com-a müraciət edərək obyektin səkinin əsas hissəsini zəbt edərək fəaliyyətini tam şəkildə bərpa etdiyini bildirirlər.

Bir neçə saatlıq şou kimə lazım idi? Kim kimi aldatdı? Bakı Şəhər İcra Hakimiyyəti ictimaiyyəti aldatdı, yoxsa restoran sahibi Bakı Şəhər İcra Hakimiyyətini?

Musavat.com

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook