SON XƏBƏR

"Azərbaycan işğalla üzləşdikdə beynəlxalq ictimaiyyət susdu” - Hikmət Hacıyev

İyun 16
22:41 2022
"Azərbaycan 30 il əvvəl işğalla üzləşdikdə beynəlxalq ictimaiyyət susdu”.

"Report” xəbər verir ki, bunu IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev bildirib.

"Müstəqilliyinin ilk illərində Azərbaycan işğala və etnik təmizləməyə məruz qaldı. Biz Ukraynanın üzləşdiyi çətinlikləri başa düşürük, çünki 30 il əvvəl Azərbaycan da böhranla üzləşmişdi. Həmin vaxt Azərbaycan ədalətli yanaşmaya ümid etsə də, beynəlxalq ictimaiyyət susdu.

Azərbaycana qarşı selektiv yanaşma nümayiş etdirildi. Söhbət Azərbaycandan getdikdə hamı susurdu”, - H.Hacıyev deyib.

O, həmin mürəkkəb zamanda Azərbaycan xalqını dəstəkləmiş və Ermənistanla diplomatik münasibətlər qurmamış Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanına öz təşəkkürünü bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook