SON XƏBƏR

Azərbaycan millisi Qətərə qarşı

Mart 27
11:15 2021
Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Məlumata görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Qətər yığması ilə üz-üzə gələcək.

Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.

Yoldaşlıq oyunu
27 mart

21.00 Qətər - Azərbaycan
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya).
Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook