SON XƏBƏR

Azərbaycan Vatikanda səfirlik açır (SƏRƏNCAM)

Noyabr 22
15:23 2021
Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib.

Qlobal.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook