SON XƏBƏR

“Azərbaycana qarşı qarayaxma kampaniyası bu dəfə də fiaskoya uğrayacaq” – Ramin Əhmədov

May 19
22:16 2022
"Son dövrlər bəzi Qərb dövlətlərinin Ermənistanda və Azərbaycanda təşkil olunan aksiyalara göstərdiyi reaksiyalara nəzər salsaq görərik ki, köhnə qitənin aparıcı ölkələri Bakıya qarşı ikibaşlı siyasətindən əl çəkmək istəmir. Məsələn, Qərb dövlətləri günlərdir ki, Ermənistanda yaşanan siyasi terrora, zorakılıq hallarına, aksiyaların güc yolu ilə dağıdılmasına heç bir reaksiya vermir, bəzi hallarda isə etiraza çıxanları qınayırlar. Amma Azərbaycanda 20-30 nəfərin təşkil etdiyi və polisin heç bir zorakılıq tətbiq etmədiyi aksiya barədə əsassız və yalanlarla dolu bəyanatlar tirajlayırlar”.
 
Bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov Qərbdəki bəzi siyasi daiərlərin Azərbaycan əleyhinə səsləndirdiyi əsassız bəyanatlarla bağlı danışarkən deyib.
 
Ramin Əhmədov bildirib ki, bəzi Qərb dövlətləri hələ də Ermənistanın xəyanətkar siyasətini görmür və ya görməzdən gəlir:
 
"Qərbdəki bəzi dairlər belə təsəvvür yaratmağa çalışırlar ki, guya bəzi Qərb dövlətləri Ermənistanı Rusiyanın təsirindən çıxarmaq üçün İrəvana qarşı yumşaq siyasət yürüdür, güzəştə gedirlər. Amma Qərb anlamır ki, Ermənistan müstəqil dövlət deyil və ölkənin dayanıqlı siyasi xətti yoxdur. Bəs, bu ikili standartın kökündə nə dayanır? Təbii ki, qısqanclıq və riyakarlıq. Qərbin Bakıya qərəzli, İrəvana qarşı isə yumşaq siyasət yürütməsi bir daha göstərir ki, köhnə qitəni idarə edən bəzi ölkələr riyakardırlar. Xüsusilə qeyd etmək lazımdır ki, Ukraynaya qarşı Rusiya ilə eyni mövqedə olan, Qazaxıstan hadisələri zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bayrağı altında Nur-Sultana daxil olan bir dövlətin hakimiyyətinə etimad göstərmək Qərbin öz dəyərlərinə hörmətsizlikdir. Görünən odur ki, Qərb dairələri ikibaşlı siyasət yürütməyə adət ediblər”.
 
Qərbin Bakıya göstərdiyi təzyiq metodlarından və səbəblərindən danışan Ramin Əhmədov bildirib ki, köhnə qitənin aparıcı dövlətləri Azərbaycanın yürütdüyü müstəqil siyasətə və ölkəmizin beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşır:
 
"Ötən illərdən məlumdur ki, Azərbaycanda beynəlxalq tədbirlər, yarışlar və forumlar keçirildiyi üçün bütün dövrlərdə Qərbdən maliyyələşən siyasi qruplar aktivləşməyə başlayır. Məsələn, 2012-ci ildə "Avroviziya” müsabiqəsi, 2015-ci ilin Avropa oyunları dövründə, "Formula-1” yarışları ,  2018-ci ildə futbol üzrə Avropa Liqasının Bakıda keçirilən final oyunu ərəfəsində Qərb dövlətləri gah iki binanın sakinlərinin köçürülməsi ilə əlaqədar vətəndaşların, gah öldürüldüyü iddia olunan itlərin, gah da erməni futbolçu Henrix Mxitaryanın müdafiəsi adı altında "süni gündəm” yaradaraq, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışırdılar. Yaxın günlərdə Azərbaycanda 3 beynəlxalq tədbirin - Texnofest festivalının, "Formula-1” yarışmasının və Qlobal Bakı Forumunun keçirilməsi həmin siyasi qüvvələri yenidən aktivləşdirib. Görəsən, bu dəfə hansı iyrənc yollara əl atacaq, kimin burnunu qanadacaqlar?..”
 
Ramin Əhmədovun sözlərinə görə, Azərbaycan, prezident İlham Əliyevin rəhbərliyi altında bütün süni təzyiqlərə sinə gərməyi bacarır:
 
"Həm Rusiya, həm də bəzi Qərb dövləti Ermənistanı himayə edir. 44 günlük Vətən Müharibəsi göstərdi ki, Azərbaycan beynəlxalq arenada qlobal güclərə qarşı təkbaşına mübarizə aparır. Prezident İlham Əliyev bütün tərəflərin təzyiqinə vaxtında və adekvat cavablar verməklə ölkəmizə qarşı qərəzli siyasət yürüdən dövlətləri susdurmağı bacarır. Təbii ki, Prezident İlham Əliyevin qəti mövqeyi, müstəqil siyasəti bəzi Qərb dövlətlərini qıcıqlandırır. Ona görə də hər fürsətdə Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. Amma Azərbaycan heç vaxt tutduğu müstəqil siyasət yolundan əl çəkməyəcək”.
 
Mənbə: Missiya.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook