SON XƏBƏR

Azərbaycanda bu qadınlar çoxuşaqlı ana sayılacaq

Sentyabr 30
05:49 2021
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərarla artıq üç deyil, beş və daha çox övladı olan analar çoxuşaqlı sayılacaq.

Sənədə əsasən, çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün qadının beş və daha çox uşaq dünyaya gətirməsi, onları 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb ediləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook