"Azərbaycanın prioritetlərini dəstəkləyirik" - Britaniya səfiri
Yanvar 21
12:44
2022
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyini dəstəkləyib.
"Təbriklər! Biz Azərbaycanın prioritetlərini dəstəkləyirik. Azərbaycanın fəaliyyət planını həyata keçirməyini səbrsizliklə gözləyirik. Böyük Britaniya Azərbaycanın öz sədrliyini uğurla yerinə yetirməsi üçün onunla birlikdə işləməyə hazırdır”,- o bildirib.
"Report” xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib.