SON XƏBƏR

“Azərbaycanın qanunları ilə yaşamaq istəmirsinizsə, sizə yaxşı yol!”

Dekabr 03
10:08 2015
Rafiq Əliyev: "Vəziyyət çox qəlizdir, lakin həll olunmayacaq qədər də deyil”
 
Qlobalinfo.az Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq sədri, "İrşad” İslam Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyevin "Azadinform”-a verdiyi müsahibəni təqdim edir:
 
- Rafiq müəllim son 15 ildə Nardaran qəsəbəsində ekstremistlərin aktivləşməsinin səbəbi nədir? Niyə ektremistlər Nardaranda rahat fəaliyyət göstərə bilir?
 
- Əsas səbə ondadır ki, güclü ideologiya yoxdur. Sovet İttifaqı və ondan sonrakı dövürdə Nardaranda xüsusi ideoloji iş aparılmayıb. Baxmayaraq ki, Sovet dövründə də Nardaranda qapalı mühüt mövcud idi, burada seçkilər keçirilirdi, kənd soveti fəaliyyət göstərirdi, bir sözlə dövlətin bütün atributları yerində idi. Lakin Azərbaycan müstəqillik əldə edəndən sonra biz 10 il mddətinə ideoloji bir boşluğa düşdük. Lakin Nardaranda boşluq yox idi. Orada daim dini ideologiya mövcud olub. Qəsəbədə faktiki hakimiyyətin olmaması bu ideologiyanın dərinləşməsinə, nəsildən nəslə keçməsinə gətirib çıxarıb. Orada uşaq dünyaya göz açan kimi ona fərqli dəyərlər, insanlar arasındakı fərqli münasibətlər, gələcəyə fərqli baxış təblığ olunur. Söhbət ondan getmir ki, bu mənfi və ya müsbət ideologiyadır. Sadəcə bu ideologiya onlara elə yeridilib ki, nardaranlılar tamamilə sivil hakimiyyəti rədd edir və hesab edirlər ki, qəsəbəni və bütövlükdə Azərbaycanı şəriət qanunları ilə idarə etmək olar. Lakin onlar başa düşmürlər ki, dünyada cəmi 4 islam dövləti var, bunlar İran, Pakistan, Əfqanıstan və Mavritaniyadır. Lakin bü dövlətlərdə, elə İranla Pakistanı götürsək belə prezident, parlamet və konstitusiya var. Bu dövlətlərdən heç biri şəriat qanunları ilə idarə olunmur. Məhz oların bunu anlamamaları gətirib ona çıxardır ki, nardaranlılar şəriət qanunları ilə yaşamaq istəyirlər. Nardaranlıların şəriət qanunları ilə yaşamasını heç kim qadağan etmir, buyurun namazınızı qılın, orucunuzu tutun, müsəlman kimi işləyin. Bu gün dövlətlə din arasında heç bir problem yoxdur. Bəziləri deyir ki, problem dini dösümsüzlükdədir, digərəli hesab edir ki, problemin kökündə qəsəbənin çətin sosial-iqtisadi vəziyyəti durur. Bu tamami ilə yalandır, bunların hamısı siyasi ambisiyaların dini-ideoloji problemlərin üzərinə yıxmaq cəhtidir.
 
- Bu siyasi ambisiyaların arxasında kim və ya nə durur?
 
- Siyasi ambisiyaların arxasında həmişə xarici qüvvələr durur. Nardaranın zəif nöqtəsi ondadır ki, qəsəbədə dindarların sayı həmişə çox olub, xarici qüvvələr də bundan istifadə edir. Nardaranda tanınmış azərbaycanlı axundlar və din alimləri yoxdur. 90-cı illərdən başlayaraq, mən komitə sədri olduğum dövürlərdə də orada iranlı din xadimləri dərs deyiblər. Və vəziyyəti o yerə gətirib çıxarıblar ki, polisdən tutumuş siyasətçiyə kimi, heç kəs bu qəsəbəyə girə bilmir. Bu anormal haldır.
 
- Bəs Siz Komitə sədri olduğunuz dövrdə vəziyyətin dəyişdirilməsi üçün kokret hansı işlər görülüb?
 
- 2001-ci ildən başlayaraq, 6-7 il ərzində nardaranlılarla dialoqun qurulması üçün xeyli cəhtlər olub. Biz onlarla razılığa gəlmişdik ki, oradakı məscid hamı üçün açıq olmalıdır. Məscidin nəzdində mədrəsə var idi, onun birinci direktorunu da Bütün Qafqazın Şeyxi təyin etmişdi. Hətta sənədlər də hazırlanmışdır ki, buradkı dini icma qeydiyyatdan keçirilsin. O zaman problemi dialoq vasitəsi ilə həll etmək mümkün idi. Lakin Nardaranda vəziyyətin gərginləşməsi ilə bağlı məsələ yenidən qalxdıqda, çoxları səbəbi qəsəbənin sosial-iqtisadi vəziyyətində axtarmağa başladı. Nə edirsiz edin, istəyirsiz orada zavod tikin, fabrik açın, müsbət nəticə aldə etməyəcəksiniz. Yeganə çıxış yolu onların şürunda oturuşmuş ideologiyanı sıxışdırıb çıxartmağa qadir olan fərqli ideologiyanı təbliğ etməkdir. İnamın yeri urəkdir. İdeologiya isə beyində olmalıdır. Bizdə çox gözəl ideya var - Azərbaycançılıq, lakin bu ideya hələlik ideologiyaya çevrilməyib. İdeologiyanı vətəndaşlara lazımı səviyyədə başa salacaq insanlar yoxdur. Üstəlik bu insanlar çox böyük nüfuza sahib olmalıdırlar. Vəziyyət çox qəlizdir. Lakin həll olunmayacaq qədər deyil. Dövlət üçün isə həll oluna bilməyəcək məsələ ümumiyyətlə yoxdur. İlk olaraq Nardaranda Konstitusiya quruluşu bərpa olunmalıdır. Orada nəyin bahasına olursa olsun dövlətin bütün strukturları çalışmalıdır. Dövlət istənilən vasitə ilə nardaranlıları Azərbaycan qanunlarına tabe etməlidir. Narahat olmaq lazım deyil ki, beynəlxalq təşkilatlar nə isə deyə bilər. Qanun bütün gücü ilə burada tətbiq edilməlidir. Biz onların istəklərinə və ideologiyalarına hörmət etməliyik. Çünki onların istəkləri dövlətin ideologiyası ilə ziddiyət təşkil etmir. Şəriət qanunları ilə yaşamaq istəyirlər, qoyun yaşasınlar. Dövlət protestantlara oz dini ayinlərini yerinə yetirməyi qadağan etmir ki, nardaranlılara da ibadət qadağan edilsin. Lakin istənilən addım dövlətin qanunları çərçivəsində olmalıdır. Bu qanunlara Azərbaycanda yaşayan bütün insanlar riayət etməyə borcludurlar. Əgər siz Azərbaycanda yaşayırsınız, ölkənin bir parçasısınızsa qanunlara hörmət edin, əgər bu ölkənin qanunları ilə yaşamaq istəmirsinizsə, sizə yaxşı yol!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook