SON XƏBƏR

"Azəriqaz"dan sayğac özbaşınalığı: Ağsuda kənd sakinləri ayağa qalxdı - VİDEO

İyun 17
17:42 2021
Ağsuda qaz sayğacları ilə bağlı qalmaqal yaşanıb.

Rayonun Bico kənd sakinlərinin HİT.Az-a ünvanlıdğı müraciətdə qeyd edilir ki, özlərini yerli Qaz İstismar İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər kənddə smart sayğacları mexaniki sayğaclarla əvəzləməyə başlayıb. Kənd sakinləri isə buna etiraz edib: "Bizim smart sayğaclardan narazılığımı yoxdur. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, bu adamların əlində nə bir qərar, nə bir təlimat, nə də hansı vəzifənin sahibi olduqları barədə sənəd var. Söz soruşanda "Siz kimsiniz ki, sizə sənəd göstərək” deyə kobudluq edirlər”. 

Müraciətdə qeyd edilir ki, sakinlər baş verənləri telefonun yaddaşına köçürməyə başlayanda həmin şəxslər bir qədər geri çəkiliblər. "Çəkilişdən əvvəl mənəm-mənəm deyirdilər. Sayğacları dəyişməyənləri polislə hədələyirdilər və s. Amma çəkilişi görən kimi bu adamların başında duran şəxs xoş rəftara keçdi. Hətta sənədini də təqdim etmək istədi. Lakin sonradan fikrindən daşınaraq yanındakı adamlarla ərazini tərk etdi. Sonradan bildik ki, bu şəxs Ağsu Qaz İstismar İdarəsinin gözətçisi Nəcim Süleymanov imiş. Deməli, Süleymanov gözətçi olduğunu gizlətmək məqsədilə sənəd təqdim etməkdən çəkinirmiş”, - deyə müraciət müəllifləri bildirib.

Sakinlər əlavə edib ki, işlək sayğacların dəyişdirilməsi könüllü olsa da, Ağsu Qaz İstismar İdarəsinin rəhbərliyi hansısa səbəbdən bunu məcburi etmək istəyir. "Bütün dünya kart sisteminə keçdiyi halda, bizdə proses niyə tərsinə aparılır, başadüşülən deyil. Digər tərəfdən, Ağsunun yenicə vəzifəyə təyin olunmuş Qaz İstismar İdarəsinin müdiri dövlətin vətəndaşına verdiyi mavi yanacağı adi bir gözətçinin əli ilə sayğac bloklamaqla necə dayandıra bilər? Biz hüquqi dövlətdə yaşamırıqmı?!

Əgər söhbət sayğacların istismar müddətindən gedirsə, yenə smart tipli sayğaclar quraşdırılsa, daha müvafiq olar", - sakinlər vurğulayıb.

Onlar apardıqları çəkilişin surətini də redaksiyamıza yollayıblar. Həmin görüntüləri təqdim edirik.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook