SON XƏBƏR

"Azərişıq" ASC pambıqçı fermerlərə qənim kəsilib?

İyun 27
00:01 2022
"Azərişıq" ASC-nin fəaliyyəti narazılıq yaradır. 
 
Qlobal.az xəbər verir ki, "Azərişıq" ASC-nin yarıtmaz fəaliyyətindən daha çox ölkənin aran zonalarında təsərrüfatla məşğul olan fermerlər narazılıq edir. 
 
Narazı olan fermerlərdən biri də tanınmış pambıqçı fermer Əfras Əsgərovdur. 
 
Əfras Əsgərov konkret olaraq "Azərişıq" ASC-nin Sabirabad rayon İşıq İdarəsinin müdiri Səfa Şirinovdan narazılıq edir. Fermer bu barədə sosial şəbəkədə yazır: "Bu il çaylarda suyun çox olmasından sevinirdik ki, pambığımızı rahat suvaracayıq. O da Allah Sabirabada işıq idarəsinə Səfa adlı bir bəla göndərdi ki, sutka ərzində 3-4 dəfə işıqları söndürür. Əməlli-başlı bəlayə düşmüşük".
 
Qeyd edək ki, Prezident İlham Əliyev pambıqçılığı aqrar sektorda prioritet sahə elan edib. Prezident çıxışlarında pambıqçılığın inkişafı istiqamətində dövlətin fermerlərə daim dəstək verəcəyini dəfələrlə vurğulayıb. 
 
Qeyd edə ki, aran zonalarında olan digər bölgələrdən də "Azərişıq" ASC-nin elektrik enerjisini tez-tez kəsməyi barədə şikayətlər çoxalmaqdadır. 
 
Qurum məsələyə münasibət bildirməyib. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook