SON XƏBƏR

`Azersun` yağın qiymətini yenə qaldırdı

İyun 27
17:30 2022
Bu gün "Azərsun” Holdinqin istehsal etdiyi duru yağların topdansatış qiyməti yenidən 13 faizə yaxın bahalaşıb.

Başqa ərzaq məhsullarının qiyməti də durmadan artır. Məsələn, şəkər tozu ötən ilki qiymətdən təxminən 70 faiz baha satılır.

Tendensiya ondan xəbər verir ki, ilin sonuna qədər indiki maaş, pensiya, müavinət gəlirləri qida və gündəlik xərclərin 50 faizini qarşılaya bilməyəcək.

Hökumətin büdcə dəyişikliklərində sosial xərclərə 600 milyon manata yaxın əlavə edib.

Müstəqil iqtisadçılar bildirirlər ki, bu vəsait əsasən dövlət qulluqçularının, xüsusən hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqlarını yüksəlməsinə yönəldiləcək.
Qalan əhali qurupları maaş, pensiya, müavinət artımına ümid etməsin.
 
Gununsesi.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook