SON XƏBƏR

"Azexport"a daxil olmuş sifarişlərin ümumi dəyəri 3 milyard dolları keçib

İyul 01
12:52 2022
"Azexport" portalı fəaliyyətə başladığı 2017-ci ilin yanvar ayından 2022-ci ilin may ayının sonuna qədər (65 ay ərzində) 145 ölkədən 3 milyard 40 milyon ABŞ dolları dəyərində sifariş qəbul edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayına bildirilir.

Məlumata görə, bunun 215 milyon ABŞ dolları 2022-ci ilin yanvar-may aylarının, 52,3 milyon ABŞ dolları isə may ayının payına düşüb. Bu da müvafiq olaraq illik 20,7 mln dollar və ya 10,65%, aylıq müqayisədə isə 22,2 mln dollar yaxud 73,75% çoxdur.

Mayda ixrac sifarişlərinin tərkibində alma şirəsi, nar konsentratı, pomidor, tibbi tənzif, pambıq çiyidi, günəbaxan yağı, qarğıdalı yağı, buğda kəpəyi, toyuq əti, biyan kökü, kərpic (tikinti materialı) və s. məhsullar üstünlük təşkil edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook