SON XƏBƏR

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri həbs edildi

Aprel 03
11:23 2021
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

"Report” xəbər verir ki, yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti "Report”a faktı təsdiqləyib. Bildirilib ki, R.Qulieyvin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook