SON XƏBƏR

Bakı Təhsil İdarəsində keçmiş müavinlərini direktor təyin etdirən kimdir? - FOTO

May 19
10:04 2022
"Bakı şəhəri üzrə Təhsil İdarəsində məsul vəzifə tutan, əvvəllər isə iki məktəbdə direktor işləmiş bir biznesmenin bütün müavinləri (10-dan çox) "imtahan" verərək direktor təyinatı alıb".
 
Bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev yazıb. 
 
Deputat Bakı şəhəri üzrə Təhsil İdarəsinin hansı məsul şəxsini nəzərdə tutduğu açıqlamayıb. 
 

 
Qlobal.az xəbər verir ki, əvvəllər iki məktəbdə direktor işləmiş, hazırda Bakı şəhəri üzrə Təhsil İdarəsində yüksək vəzifə tutan şəxs Ümumi təhsil sektorunun müdiri Fuad Babayevdir. 
 
Fuad Babayev 2014-2017-ci illərdə Bakı şəhərindəki 95 nömrəli tam orta məktəbdə, 2017-2019-cu illərdə Bakı şəhəri Məktəb-Lisey Kompleksində direktor vəzifələrində çalışıb. 
 
F.Babayev 2019-cu il 1 noyabr tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook