Bakıda virusa görə qapanmaya gedilir? - AÇIQLAMA
Sentyabr 17
00:19
2020
Xəbər verdiyimiz kimi Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. İkinci yerdə 15,6 fazilə Abşeron qərarlaşıb. İlk üçlüyü isə 10,4 faizlə Aran qapadır. Növbəti yerlərdə Gəncə-Qazax (6,4), Lənkəran (4,3), Quba-Xaçmaz (2,1),Şəki-Zaqatala (1,8), Dağlıq Şirvan (1,6), Yuxarı Qarabağ (1) qərarlaşıb.
Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb - cəmi 0,04 faiz. Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb - 14,3 faiz.
Bakı şəhərində virusa yoluxma faizinin yüksək olmasını, eyni zamanda payız mövsümündə respirator xəstəliklərin artmasını, əhali sıxlığını, məktəblərin açılmasını nəzərə alsaq, yenidən koronavirusa görə qapanmaya gedilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla danışıb: "Məsələ burasındadır ki, bu addım karantin qaydalarının pozulması ilə bağlıdır. İctimai nəqliyyatda vəziyyət göz önündədir.
Bakı Nəqliyyat Agentliyininin işçiləri ictimai nəqliyyatda qayda- qanun yaratmaq əvəzinə küçələrdə maşın çəkməklə məşğuldur. İctimai nəqliyyatda virusa yoluxma şansı və potensialı böyükdür.
Metrolarda da bu cür təmaslar yavaş- yavaş artacaq. Təmaslar artdıqca problemlər artacaq. Buna görə də karantin davranışları çox mühümdür. Gələcəkdə hansısa sürprizlər baş verərsə, biz pandemiyadan "evdə qal" yolu ilə deyil, İsveç və Yapon modelində olduğu kimi "həyat davam edir" prizmasından məsələyə yanaşmalı və yaşamalıyıq.
Bir müddət sonra ÜST post- pandemiya dövrünün araşdırılması nəticəsində belə qənaətə gələcək ki, əslində biz virusa qarşı düzgün yol tutsaydıq bəlkə də dünyada və 5 aydır ki, Azərbaycandakı üzücü evdə qal kompaniyasına ehtiyac qalmazdı.