SON XƏBƏR

Bakı–Şuşa–Bakı avtobus reyslərinin sayı artırılır

May 23
14:53 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlıiyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) Bakı–Şuşa–Bakı istiqamətində avtobus reyslərinin sayını artırır.

Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Şuşaya reyslərin sayının artırılması qərara alınıb. İyun ayından etibarən sərnişinlər Şuşaya həftədə 5 dəfə səfər edəcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook