SON XƏBƏR

Başçı müavini məktəbli qızı evinə çağırıb döyüb? - TƏFƏRRÜAT (FOTOLAR)

İyul 16
09:08 2022
Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi ilə bağlı iddialar yayılıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. 

Onun sözlərinə görə, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran rayon 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova məktəbli qıza attestat vermək adı ilə evə çağırıb və ona fiziki zorakılıq tətbiq ediblər. 

Məktəblinin şəkillərini göndərən şəxs iddia edib ki, bacısı qızını bu hala salan məktəb direktoru və başçı müavinidir: "Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Deyilənə görə, öz qızını da döyüb, amma belə yox. Şiddət göstərməklə nə əldə edəcəyinizi bəri başdan deyim. Fakt təsdiqini taparsa, əlvida kreslo”. 

"Qafqazinfo” məsələ ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. 

Qurumdan bildirilib ki, məktəbli qızın döyülməsi və ya harasa dəvət edilməsi barədə məlumat yalandır: "Sosial şəbəkədə məktəbli qızın döyulməsi ilə bağlı paylaşılan şəkillər barədə Lənkəran ŞRPŞ-nə məlumat verilib, hazırda şöbədə araşdırma aparılır”.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev isə sorğumuzu belə cavablandırıb: "Həmin məsələ ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi "Qafqazinfo"nun sorğusunu cavablandırıb. 

Qurumdan bildirilib ki, məsələ araşdırılır: "Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Məhbubə Quliyeva (ad və soyad şərti) döyülməsi ilə bağlı yayılan məlumatlara əsasən bildiririk ki, baş vermiş hadisə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırılır. Nəticəyə uyğun olaraq mövcud qanunvericilik çərçivəsində tədbirlər görüləcək. Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook