SON XƏBƏR

Bayden qalib gəlsə, ölkədə inqilab olacaq - Tramp xəbərdarlıq etdi

Sentyabr 01
12:22 2020
ABŞ Prezidenti Donald Tramp Demokratlardan namizəd Cozef Baydenin prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ-ın "radikal sol qüvvələr" tərəfindən həyata keçirilən "inqilabı" ilə qarşılaşacağını söyləyib.

Qaynarinfo xəbər verir ki, Amerika lideri bu haqda Fox News-a verdiyi müsahibədə deyib. "Bayden gəlsə, onlar hakimiyyəti götürəcəklər. O, zəif insandır. Bir kukla kimi idarə olunur... bu, bir inqilabdır”, - Ağ Ev rəhbəri Demokratların namizədinin zəif insan olduğunu, "prezidentliyə namizədliyə yaramadığını" vurğulayıb.

Aparıcı Baydenin kimin tərəfindən idarə olunduğunu soruşduqda, Tramp bu şəxslərin kim olduğunu bilmədiyini və təfərrüatları paylaşmaq istəmədiyini bildirib.

Trampdan tərəfdarlarının solçu etirazçılarla "qarşı-qarşıya gəlməsini” istəyib-istəmədiyi də soruşulub. Tramp belə cavab verib: "Onlarla hüquq-mühafizə orqanları məşğul olacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook