SON XƏBƏR

"Belorus ayrı-ayrı bölgələrdə səfərbərlik imkanlarını yoxlayır" – Baş Qərargah

İyun 30
01:23 2022
Belorus ayrı-ayrı bölgələrdə səfərbərlik imkanlarını yoxlayır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahı məlumat verir.ə

"Volınsk və Polessk istiqamətlərində təlim çərçivəsində Belorus Respublikası hərbi komisarlığı tərəfindən səfərbərlik imkanları yoxlanır” - deyə, məlumatdabildirilir.

Həmçinin xəbər verilir ki, Şimal istiqamətində düşmən Ukrayna-Rusiya sərhəddinin gücləndirilmiş mühafizəsini həyata keçirir. Bundan başqa, təcavüzkar Suma vilayətinin Tur və Luqovka yaşayış məntəqələrinin hərbi və mülki infrastrukturunu atəşə tutub. Uqroid yaşayış məntəqəsinə isə aviasiya zərbəsi endirib.

Xəbər verilir ki, iyunun 28-dən iyulun 16-a qədər Belorusun Qomel vilayətində hərbi vəzifəlilərin toplantısının keçirilməsini planlaşdırılır. Baş Qərargahdan Belorus Silahlı Qüvvələrinin Ukrayna ilə sərhəd rayonlarında təxribağçı hərəkətləri istisna edilmir

"AzPolitika.info”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook