SON XƏBƏR

Bəşər Əsəd SEPAH-ın yüksək rütbəli komandirini Suriyadan qovdu

Noyabr 12
12:37 2021
Dəməşqdəki bəzi mənbələr Bəşər Əsədin Suriyanın suverenliyinin (hakimiyyət hüququ) İran gücləri tərəfindən pozulmasına etiraz etiyini deyiblər.

Qaynarinfo "Azad İran"a istinadla xəbər verir ki, SEPAH-ın Suriyadakı yüksək rütbəli komandanı Cavad Qəffari Suriya prezidenti Bəşar Əsədin əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.

Məlumatı noyabrın 9-da "Əl-Ərəbiyyə" televiziyası yayıb. Xəbərə görə, Əsəd hökuməti rəsmilərinin Qəffarinın bəzi addımları ilə bağlı ciddi problemləri olub.

"Əl-Ərəbiyyə"nin məlumatında qeyd olunur ki, Qəffari müxtəlif malları qaçaq yollarla Suriyaya gətirib və Suriya bazarı ilə rəqabətə girəcək qara silah bazarı yaradıb.

"Əl-Hədəs" televizyasının məlumatına görə isə Suriya hökuməti İran güclərini Suriya hökumətinə heç bir vergi ödəmədən ölkənin təbii sərvətlərindən və iqtisadiyyatından öz xeyrinə faydalanmaqda ittiham edib.

"Əl-Hədəs"in məlumatında habelə qeyd olunur ki, Amerika və İsrailə qarşı bir sıra hücumların Suriyadan həyata keçirilməsində Qəffarinin rolu olub. Hətta bu hücumlardan bəziləri olduqca təhlükəli və bölgədə arzuolunmaz müharibəyə səbəb olacaq tərzdə olub. Bura oktyabrın 20-də Amerika qüvvələrinə hücum da şamildir.

Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsəd İran rejimindən uzaqlaşmaq üçün son vaxtlarda bir sıra Ərəb ölkələri ilə yaxınlaşmağa başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook