SON XƏBƏR

“Bəxtiyar Hacıyev özünü və maşını yandıracağını deyib” - Rəsmi (VİDEO)

Mart 09
16:15 2022
İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz olaraq özünü yandırmağa cəhd edib.

DİN Mətbuat xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib: "Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar.

Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook