SON XƏBƏR

Bəxtiyaram, çünki Azərbaycandayam” - Türkiyə Prezidenti

İyun 16
17:01 2021
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə hər kəsin ürəyini riqqətə gətirən nitq söyləyib. 

"Sizi Türkiyədəki 84 milyonun adına salamlayıram”,-deyən Türkiyə Prezidenti daha sonra bildirib: "Bəxtiyaram, çünki Qarabağ zəfərini qazanan can Azərbaycandayam. Bəxtiyaram, çünki Azərbaycan Milli Məclisində sizinlə bərabərəm. Bəxtiyaram, çünki müstəqilliyinin 30 ilinə yaxınlaşan Azərbaycandayam”.

Qarabağ zəfəri ilə bağlı bir daha Azərbaycan xalqını təbrik edən R.T.Ərdoğan "bu zəfərdən bütün dünya qazanclı çıxacaq”, deyə vurğulayıb. Əlavə edib ki, biz də üzərimizə düşənləri etməyə bütün səmimiyyətimizlə hazırıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook