SON XƏBƏR

Bir həftə əvvəl istifadəyə verilmiş parkda natəmizlik hökm sürür - VİDEO

Sentyabr 03
09:20 2021
Bir həftə əvvəl Bakıda istifadəyə verilmiş park baxımsız vəziyyətdədir.

Qlobal.az "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət Bakının Xətai rayonunda istifadəyə verilmiş Gənclik parkından gedır.

İlk gündən böyük sevincə səbəb olan parkda istifadədən sonrakı vəziyyət heç də ürəkaçan deyil. Zibillər pərakəndə şəkildə ətrafa atılır, natəmizlik əhvalı korlayır.

Son günlər sosial şəbəkələrdə paylaşılan şəkillər də möhtəşəm parkda natəmizliyə yol verildiyini açıq-aşkar göstərir. Belə görüntülər hər gün yeni məkanda rahatlıq tapmağa çalışan insanları da narahat edir. Onlar deyirlər ki, istirahət üçün hər cür şəraiti olan parka vətəndaşlar özləri sahib çıxmalıdırlar.

Parkda gəzərkən natəmizliklə yanaşı, başqa üzücü məqamlarla da rastlaşdıq. Burada quraşdırılan əyləncə vasitələrindən kobud şəkildə istifadə olunurdu.

Əlillər üçün nəzərdə tutulan ərazidə də vəziyyət ürəkaçan deyil. Uşaqlarını nəzarətsiz buraxan valideynlər bununla da istirahətə və eləcə də əyləncəyə daha çox ehtiyacı olan vətəndaşlarımızı bu imkandan məhrum etdiklərinin fərqinə varmalıdırlar.

Tanınmış bloger Kamran Razmovar deyir ki, insanlar parka öz evləri kimi yanaşmalıdırlar.

Parkda istirahət edən hər kəs sosial məsuliyyətini dərk etməli, tullantıları zibil qutularına atmaqla həm də 43 hektarlıq ərazidə çalışan təmizlik işçilərinə də kömək etməlidirlər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook