SON XƏBƏR
  • Gürcüstan buğda və arpa ixracına qadağa qoyubBu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub. "Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq...
  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubİyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçida..
  • Yaponiya Rusiyadan qaz almağa davam edəcəkYaponiyanın Rusiya qazından imtina etməsi ölkənin energetika sənayesindəki ağır vəziyyətə görə çətin olacaq. "Report” xəbər verir ki, bu barədə "Financial Times”a Yaponiyanın Mitsui O.S.K. Lines..
  • Tramp qayıdırRespublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildəki prezident seçkiləri kampaniyasına başlayacağını tezliklə elan etmək niyyətindədir. Məlumata görə, bu barədə bəy..
  • İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcəkİsveçrənin cənubundakı Luqanoda Ukrayna ilə bağlı bazar ertəsi açılacaq konfrans öncəsi hazırlıqlar gedir. Onlarla ölkənin və beynəlxalq təşkilatların rəhbərləri ölkənin müharibədən sonrakı bərpası..
  • Rusiya Xəzər dənizinə 11 milyon kütüm buraxıbRusiyada mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar. Bu barədə "Report” "TASS”a istinadən xəbər veirr. Bildirilib ki, balıqlar Mehteb inkubasiya zavodunda yetişdirilib..
  • Çimərlik futbolu üzrə millimiz superfinala vəsiqə qazanıbÇimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub. Qlobal.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçmə mərhələ..
  • “Universal Pictures” Rusiyanı tərk edir​"Universal Pictures” kino şirkəti Rusiya ofisini bağlayacaq və ölkəni tərk edəcək. Bu barədə "Bulletin of the Film Distributor” portalına məlumat verilib. Nəşr şirkətdəki mənbəyə istinadən qe..
  • Natəvan Quliyeva Latviyada konsertlə çıxış edibAzərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə Liepayadakı Müqəddəs Üçlük Kafedralında ölkəmizin istedadlı orqan ifaçısı Natəvan Quliyevanın konserti keçirilib. Natəvan Quliyeva görkəmli bəst..
  • İstanbulda meşələrə giriş qadağan edilibTürkiyənin İstanbul şəhərində baş verən yanğınlar səbəbindən meşələrə giriş qadağan edilib. "Report” xəbər verir ki, bu barədə İstanbul Valisi Ali Yerlikaya məlumat verib.   Qeyd olunub k..

Bir sıra şəxslər imtahansız dövlət qulluğu müsahibəsinə buraxıla biləcək

İyun 23
02:46 2022
Azərbaycanda bir sıra şəxslər test imtahanından keçmədən dövlət qulluğu müsahibəsinə buraxıla bilər.

"Report” xəbər verir ki, bu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 31 may 2021-ci il tarixli Qanun layihəsində əksini tapıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, layihədə dövlət qulluğunun xüsusi növündə olan xüsusi, hərbi və ya diplomatik rütbələrin dövlət qulluğunun ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması, habelə dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin onun dövlət qulluğu stajına və dövlət qulluğu stajının onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi, dövlət orqanının rəhbəri tərəfindən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər sırasından seçim zamanı subyektivliyin qarşısını almaq məqsədilə daha yüksək nəticə əldə etmiş namizədlərə üstünlük verilməsi öz əksini tapıb.

Bununla yanaşı, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərin ümumi müsahibədə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında keçirilən daxili müsahibədə iştirak edə bilməsi, dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslərin, dövlət orqanlarında (qurumlarında) siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslərin müsabiqənin test imtahanı mərhələsində iştirak etmədən müsabiqə üzrə müsahibədə, habelə umumi müsahibədə iştirak edə bilməsi kimi əhəmiyyətli müddəalar da nəzərdə tutulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook