SON XƏBƏR

Birlik sədri saxlanılıb

Fevral 04
18:57 2022
Rasim Məmmədov silahdan istifadə etməklə xuliqanlıqda ittiham olunur

"İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hələ ötən ilin sentyabrında Rasim Məmmədovla bağlı araşdırmalar başlayıb.

İddia olunur ki, Rasim Məmmədov sentyabrın 17-də Sumqayıtda yerləşən "Azmetal” MMC-yə gəlib, direktor müavini Ramiz Hüseynovu söyərək, ondan çölə çıxmasını tələb edib. Ramiz Hüseynov həyətə düşüb. Bu zaman aralarında mübahisə davam edib. Rasim Məmmədov yenidən onun ünvanına nalayiq ifadələr səsləndirməkdə, eləcə də müəssisənin anbardarı Sabir İsmayılovun başına telefonla vurmaqda ittiham olunur.

Rasim Məmmədov haqqında Cinayət Məcəlləsinin 221.3 (silah və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. O, fevralın 3-də şübhəli şəxs qismində saxlanıb.

"Rasim Məmmədovun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı da qanunazidd hərəkətlər etməsi ehtimal olunur”, – Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Rasim Məmmədov karantin rejimində məktəbdə özünə ad günü keçirməsilə gündəmə gələn 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın qardaşıdır. Həmin vaxt Rasim Məmmədov media vasitəsilə bacısının müdafiəsinə qalxmışdı.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook