SON XƏBƏR

""Bizon" içkilərinin tərkibində şüşə qırıntıları var" - ŞOK İDDİA

Avqust 09
15:29 2021
""Bizon" enerji içkisinin tərkibində xırda şüşə qırıqları var"

Qlobal.az xəbər verir ki, bu iddia ilə sosial şəbəkələrdə şair Elşad Barat çıxış edib:

"Bizon" enerji "Sol əlimdəki şüşə sağ əlimdəki bizonun içindən çıxdı. Qapağı açdım, xırda-xırda, nazik şüşələr ilk qurtumda getdi. Sanki fiziki hesablamalar aparılıb, bizonun sıxlığı şüşənin sıxlığından çox olduğu üçün şüşə üzdə qalır ki, susuzluqdan ciyəri yanan adam alıb başına çəkəndə ilk qurtumda şüşəni udmuş olsun. Yaxında ölüb eləsəm, səbəbi Bizondur. Qabın üzərindəki qaynar xəttə (012-447-10-55) zəng etdim, nömrə borcdan bağlıdır. Bu qədər pul qazanırlar, 3 manat telefona ödəyə bilmirlər. Suya niyə şüşə qatıblar? Bunlar nə etmək istəyir? Milləti qırmaq?".
 
Qeyd edək ki, "Bizon" enerji içkisini istehsal edən "Avrora Qrup" şirkəti məsələyə münasibət bildirməyib. 
 
Xatırladaq ki, bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi "Bizon" enerji içkilərinin qablarının üzərində düzgün məlumatlar yazılmadığı barədə açıqlama yaymışdı. 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook