SON XƏBƏR

Blinken: "ABŞ Azərbaycanın 15 ermənini sərbəst buraxmasını alqışlayır"

İyun 14
00:10 2021
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanın həbsdə olan 15 ermənini sərbəst buraxmasını alqışlayıb. 

"ABŞ Azərbaycanda həbsdə olan 15 erməninin sərbəst buraxılmasını və Ermənistandakı ailələrinə qayıtmasını alqışlayır”, - şənbə günü verdiyi açıqlamada Blinken belə deyib. 

"Ermənistanın Azərbaycana minalardan təmizlənməyə və itkilərin qarşısını almağa kömək edəcək mühüm məlumat vermə qərarını da dəstəkləyirik", - deyə o bildirib. 

"Vaşinqton bölgə xalqlarını layiq olduqları dinc və firavan gələcəyə yaxınlaşdıran bu addımların asanlaşdırılmasında Gürcüstanın oynadığı mühüm rola görə Baş nazir İrakli Qaribaşviliyə və Gürcüstan hökumətinə minnətdardır", - ABŞ Dövlət katibi qeyd edib. 

O bildirib ki, ABŞ bu addımları dəstəkləməkdən məmnundur və əlavə əməkdaşlıq üçün zəmin yaradacaqlarına ümid edir: "Biz bütün məhbusların geri qaytarılması üçün çağırış edirik və bölgə ölkələrinin əməkdaşlığı davam etdirmək və aralarındakı həll olunmamış məsələləri həll etmək səylərində kömək etməyə hazırıq".

Blinken Azərbaycan və Ermənistanı Minsk Qrupu ilə əməkdaşlığı davam etdirməyə çağırıb: "Biz də Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında münaqişənin hərtərəfli siyasi həllinə dair danışıqlar üçün danışıqları yenidən başlamağa çağırırıq". 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook