SON XƏBƏR

BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırdı

Yanvar 18
00:18 2022
BMT-nin Baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumu (WEF) zamanı bütün ölkələri növbəti pandemiyaya hazırlaşmağa çağırıb.

A.Quterreş videomüraciətində deyib ki, hər bir ölkədə monitorinq, erkən aşkarlama və sürətli reaksiya planlarına sərmayə qoymaqla, habelə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) profilini yaratmaqla növbəti pandemiyaya hazırlaşmaq zərurəti yaranıb.

O, həmçinin mövcud koronavirusa qarşı ədalətli və bərabər əsaslarla mübarizə aparmağa çağırış edib.

Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-ni, bu ilin ortasında isə 70%-ni peyvənd etməyi strategiya kimi qarşıya qoymuşdu: "Biz bu hədəflərdən uzağıq. Bu, utancvericidir. Yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindən yeddi dəfə yüksəkdir. Hazırda vaksinlərin paylanmasında ədalətə ehtiyacımız var”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook