SON XƏBƏR

BNA rəsmisi etiraf etdi: "Daşıyıcı şirkətlərə ayrılmış 7.5 milyon “BakuBus”a verilib"

Sentyabr 27
10:43 2022
Məlum olduğu kimi, ötən gün Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətləri Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə "həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan 280 milyon manatdan (tədbirlər planın 10-cu bəndi) onlar üçün nəzərdə tutulmuş hissənin ödənilmədiyini bəyan ediblər.

Qaynarinfo xəbər verir ki, məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7.5 milyon manatın "BakuBus” MMC-yə ayrıldığını bildirib.

İctimai Televiziyada çıxış edən BNA rəsmisi Bakı şəhərində sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlərə ayrılmış vəsaitin hansı səbəbdən onlara ödənilməməsi ilə bağlı fikir bildirməyib. O, 7.5 milyon manatın "BakuBus”a pandemiyanın nəticələrinin aradan qaldırılması ilə bağlı verildiyini qeyd edib.

Qeyd edək ki, özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə müraciət edərək, 2020-ci ildə pandemiya ilə əlaqədar sənişindaşımaya dəstək məqsədilə dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini bildiriblər. Həmin dövrdə "BakuBus” MMC Bakı Nəqliyyat Agentliyinin tərkibində fəaliyyət göstərib. 

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında 7.5 milyon manatın BNA vasitəsilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə ödənilməsi tapşırılıb. Lakin vəsaitin hamısı BNA həmin vaxt öz tərkibində olan "BakuBus” MMC-yə köçürüb.

Hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumların məsələyə reaksiya verəcəyi gözlənilir.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook